Son dəqiqə

Türkiyə Rəcəb Tayyib Ərdoğan

Ərdoğan Türkiyə Quru Qoşunlarının ildönümünü təbrik edib

Bakı, TurkicWorld

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyə Quru Qoşunlarının yaranmasının 2233-cü ildönümünü təbrik edib.

TurkicWorld xəbər verir ki, bu barədə Ərdoğan öz sosial media hesabından paylaşım edib.

“Türk Quru Qoşunlarımızın yaranmasının 2233-cü ildönümünü ən səmimi hisslərimlə təbrik edirəm. Keçmişi şöhrət, şərəf və çoxlu böyük zəfərlərlə dolu olan Türk Silahlı Qüvvələrimizin və Quru Qoşunlarımızın qəhrəman mənsublarına baş sağlığı verir, əziz şəhidlərimizə Allahdan rəhmət diləyirəm.” – deyə paylaşımda qeyd edilib.

Hafiz Rufizoğlu

Mövzuya görə xəbərlər