Son dəqiqə

Türkiyə Türkiyə Ticarət nazirliyi

Türkiyənin D-8 ölkələrinə ixracı kəskin şəkildə artıb (ÖZƏL)

Bakı.TurkicWorld:

2024-cü ilin may ayında Türkiyənin D-8 ölkələrinə ixracı 2023-cü ilin eyni ayı ilə müqayisədə 54,7 faiz artaraq 1 milyard 141 milyon dollar olub.

Bu barədə TurkicWorld-ə Türkiyə Ticarət Nazirliyindən bildiriblər.

Məlumata əsasən bu ilin yanvar - may ayında, Türkiyənin D-8 ölkələrinə ixracı, keçən ilin analoji dövri ilə müqayisədə 23 faiz artaraq, 4 milyard 235 milyon dollar olub.

“Bu ilin may ayında Türkiyənin D-8 ölkələrindən idxalı 2023-cü ilin eyni dövrü ilə müqayisədə 27,6 faiz artaraq 1 milyard 611 milyon dollar təşkil edib” - deyə nazirlikdən bildiriblər.

Qeyd olunub ki, 2024-cü ilin yanvar - may aylarında Türkiyənin D-8 ölkələrdən idxalı keçən ilin analoji dövrü ilə müqayisədə, 10,9 faiz artaraq 6 milyard 174 milyon dollar təşkil edib.

Qeyd edək ki, bu ilin may ayında Türkiyənin xarici ticarət dövriyyəsi 55 milyard 228 milyon dollara çatıb.

2024-cü ilin may ayında Türkiyənin ixracatı 2023-ci ilin eyni ayı ilə müqayisədə 11,3 faiz artaraq 24 milyard 66 milyon dollar, idxalı isə 10,4 faiz azalaraq 30 milyard 568 milyon dollar olub.

Bu ilin yanvar-may ayında Türkiyənin xarici ticarət dövriyyəsi 250 milyard 599 milyon dollara çatıb.

2024-cü ilin yanvar-may ayında Türkiyənin ixracatı 2023-ci ilin eyni dövrü ilə müqayisədə 4,5 faiz artaraq 106 milyard 877 milyon dollara, idxalı isə 9,2 faiz azalaraq 143 milyard 682 milyon dollara çatıb.

Mövzuya görə xəbərlər