Son dəqiqə

Türkiyənin Enerji və Təbii sərvətlər nazirliyi Alparslan Bayraktar

Türkiyə bərpa olunan enerjidə Avropada ilk beşlikdədir

Bakı,TurkicWorld:

Enerji və Təbii Sərvətlər naziri Alparslan Bayraktar Türkiyənin bərpa olunan enerji üzrə dünyada ilk 11, Avropada isə ilk beşdə yer aldığını bildirib.

TurkicWorld xəbər verir ki, bu barədə Türkiyənin Enerji və Təbii Sərvətlər naziri Alparslan Bayraktar X sosial media hesabında paylaşım edib.

“Biz bərpa olunan enerji üzrə dünyada ilk 11-də, Avropada isə ilk beşdəyik. Biz hər il cəmi beş min meqavat əlavə etməklə günəş və külək enerjisində quraşdırılmış gücümüzü artırmağa davam edəcəyik”,- deyə nazir qeyd edib.

Mövzuya görə xəbərlər