Bakı. TurkicWorld:
Türkiyə xarici işlər naziri Fələstinlə bağlı görüşlərdə iştirak etmək üçün 26 may tarixində Brüsselə səfər edəcək.
TurkicWorld xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb.
Məlumata əsasən, görüşlərdə Qəzzada son hadisələr və humanitar vəziyyət, həmçinin Fələstin dövlətinin daha çox ölkə tərəfindən tanınması istiqamətində görülən işlər müzakirə olunacaq.
Naziri Fidan səfər çərçivəsində ikitərəfli görüşlər də keçirəcək.
Qeyd edək ki, Qəzzanın Səhiyyə Nazirliyi bildirir ki, Qəzzada 35 mindən çox fələstinli öldürülüb və 2,3 milyon əhalisinin əksəriyyəti evlərini tərk etmək məcburiyyətində qalıb.
Nazirlik öz sayında mülki şəxslər və döyüşçülər arasında fərq qoymur, lakin qadınların və uşaqların ölənlərin üçdə ikisini təşkil etdiyini bildirir.
İsrail dinc sakinlərin ölməsində HƏMAS-ı günahlandırır, çünki yaraqlılar sıx yaşayış məntəqələrində döyüşürlər.
İsrail heç bir sübüt təqdim etmədən 13 min HƏMAS döyüşçüsü öldürdüyünü bildirib.