Son dəqiqə

Türkiyə Rəcəb Tayyib Ərdoğan İstanbul

İstanbulu qlobal maliyyə mərkəzlərindən birinə çevirəcəyik - Ərdoğan

Bakı, TurkicWorld:

İstanbulu qlobal maliyyə mərkəzlərindən birinə çevirəcəyik.

TurkicWorld xəbər verir ki, bu barədə Türkiyənin prezidenti Rəcəb Tayyib Ərdoğan Albaraka İslam Maliyyə Zirvəsində çıxışı zamanı deyib.

"Tarix boyu Şərqlə Qərb arasında ticarət körpüsü rolunu oynayan Türkiyə maliyyə bazarlarında da eyni rolu oynamağa başlayıb. Keçən il açdığımız İstanbul Maliyyə Mərkəzi göstərdiyimiz səylərin simvoluna çevrilib. Beynəlxalq investorlar da İstanbulun maliyyə və İslam maliyyəsi sahəsində böyük potensiala malik olduğunu təsdiqləyirlər. Albaraka Zirvəsi İstanbulun regional maliyyə mərkəzi kimi mövqeyini qlobal səviyyəyə qaldırmaq səylərimizi dəstəkləyəcək. Düşünürəm ki, sammit İslam iqtisadi sisteminin təməl daşı kimi İslam maliyyəsinin etik standartlarının daha yaxşı başa düşülməsinə səbəb olacaq. Bundan əlavə, inanıram ki, sammit qlobal miqyasda İslam iqtisadiyyatı üçün xidmət və məhsul bazarlarını kəşf etməyə kömək edəcək", - deyə o vurğulayıb.

Qeyd edək ki, Türkiyə ilk dəfə Albaraka zirvələrinə ev sahibliyi edir. Dünyanın 75 fərqli ölkəsindən 1500-dən çox iştirakçı zirvədə iştirak edəcək.

X: Lamanasadli01

Mövzuya görə xəbərlər