Son dəqiqə

Türkiyə BƏƏ

Türkiyəyə daha çox sərmayə yatırmaq üçün doğru zamandır – Məhəmməd əl-Etrebi

Bakı,TurkicWorld:

Türkiyə inkişaf etməkdə olan bir ölkədir və burada çox potensialın olduğunu düşünürük, ona görə də hesab edirəm ki, Türkiyəyə daha çox sərmayə yatırmaq üçün doğru zamandır.

TurkicWorld xəbər verir ki, bu sözləri Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) Banklar Federasiyasının sədri Mohammed El Etrebi deyib.

Türkiyə ilə ərəb ölkələri arasında əlaqələrin hər il əvvəlki ilə nisbətən daha yaxşı olduğunu ifadə edən Etrebi, ticarət həcminin təxminən 73 milyard dollara çatdığını söyləyib.

“Türkiyədə əvvəlki illərdə yüksək inflyasiya və çoxlu çətinliklər var idi. Türkiyə inkişaf etməkdə olan bir ölkədir və biz hesab edirik ki, çoxlu sayda bank sektoru var. Buna görə də Türkiyəyə daha çox sərmayə qoymalıyıq. Türkiyə iqtisadiyyatı keçən il 4,5 faiz artım qeyd etdi. Bu il əhəmiyyətli bir artım əldə edəcəyi və inflyasiyanın daha da azalacağı gözlənilir”,- deyə Etrebi bildirib.

Mövzuya görə xəbərlər