Son dəqiqə

Türkiyə Cevdet Yılmaz Süni intellekt

Türkiyə Aİ-nin Süni İntellekt Qanununa uyğun qanunvericilik aktı hazırlayır

Bakı, TurkicWorld:

Türkiyə Aİ-nin Süni İntellekt Qanununa uyğun qanunvericilik aktı hazırlayır.

TurkicWorld xəbər verir ki, bunu Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz ‘Al Tomorrow Summit 2024’ proqramında çıxışı zamanı deyib.

“Süni intellekt səbəbindən bəzi iş yerləri ləğv ediləcək, lakin daha çox yeni iş yeri açılacaq”, – deyə Yılmaz bildirib.

Qeyd edək ki, Türkiyədə 40-dan çox süni intellektə əsaslanan magistratura və doktorantura proqramı ilə 30-dan çox universitetdə qabaqcıl analitika, süni intellekt və robototexnika araşdırma mərkəzi mövcuddur.

Mövzuya görə xəbərlər