Son dəqiqə

Türkiyə Milli Müdafiə Nazirliyi İbrahim Rəisi

Rəisinin helikopterinin axtarışını hər kəs canlı izləyib – Türkiyə MN

Bakı,TurkicWorld

İran prezidenti İbrahim Rəisinin helikopterinin axtarışını hər kəs canlı izləyib və Türkiyənin milli müdafiə naziri Yaşar Gülər saat-saat açıqlamalar verib.

TurkicWorld xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi Rəisinin qəzaya uğrayan helikopterinin axtarışlarına və İranın son açıqlamalarına cavabında bildirib.

“Türkiyə pis günündə İranın köməyinə gəlib və mehriban qonşuluq və dostluq tələblərini yerinə yetirib. Hər kəs axtarış işlərini sosial şəbəkədə canlı izləyib. Bu, bizim üçün vacib və fəxr olunacaq əlamətdir”,- deyə nazirlikdən bildirilib.

Qeyd edək ki, İran Baş Qərargahı dünən mayın 19-da baş vermiş qəzada həyatını itirən prezident İbrahim Rəisi və heyətinin olduğu helikopterin qalıqlarının AKINCI PUA tərəfindən deyil, İranın PUA-sı tərəfindən tapıldığını açıqlayıb.

Mövzuya görə xəbərlər