Son dəqiqə

Fransa Hollandiya Əli Yerlikaya Türkiyə Daxili İşlər Nazirliyi İnterpol

İnterpol axtarışında olan iki narkotik ticarətçisi İstanbulda saxlanılıb

Bakı. TurkicWorld:

Fransa və Hollandiya tərəfindən qırmızı bülletenlə İnterpol axtarışında olan iki narkotik ticarətçisi İstanbulda saxlanılıb.

TurkicWorld xəbər verir ki, bu barədə Türkiyə daxili işlər naziri Əli Yerlikaya açıqlayıb.

"Narkotik ticarəti, qaçaqmalçılıq və çirkli pulların yuyulması cinayətlərinə görə axtarışda olan Monteneqro vətəndaşı Sead Dedeic və narkotik ticarəti və odlu silahlar maddəsi ilə axtarışda olan Hollandiya vətəndaşı Marciano Eugene Ruimwijk İstanbulda həyata keçirilən əməliyyat zamanı saxlanılıb", - deyə Yerlikaya vurğulayıb.

X: Lamanasadli01

Mövzuya görə xəbərlər