Son dəqiqə

ALPİN

Pilotsuz helikopter ALPİN dəniz missiyalarına hazırlaşır

Bakı,TurkicWorld

Türkiyənin ilk pilotsuz helikopteri ALPİN dəniz platformalarında eniş və qalxma qabiliyyətini qazanacaq.

TurkicWorld xəbər verir ki, SEDEC daxili təhlükəsizlik sərgisi çərçivəsində ALPİN-i inkişaf etdirən Titra Technology ilə Airbus arasında əməkdaşlıq protokolu imzalanıb.

Titra Texnologiya Baş İcraçı Direktoru (CEO) Abdulkadir Şener etdiyi şərhdə, təxminən 4-5 aydır layihə üçün Airbus ilə çalışdıqlarını söyləyib.

“Helikopterin gəmiyə endirilməsi bir qədər mürəkkəb layihədir. Bu, Airbus ilə layihəmizin diqqət mərkəzindədir. ALPİN-i gəmiyə enə bilən platformaya çevirmək üçün əməkdaşlıq protokolu imzaladıq.Hər iki tərəf bu barədə çox həyəcanlıdır”,- deyə Şener bildirib.

Mövzuya görə xəbərlər