Türkiyənin ALPİN pilotsuz helikopteri terrorla mübarizədə aktiv istifadə olunmağa başlayıb (ÖZƏL)

Türkiyənin ALPİN pilotsuz helikopteri terrorla mübarizədə aktiv istifadə olunmağa başlayıb (ÖZƏL)

Bakı. TurkicWorld:

Türkiyənin “TITRA Technology” şirkətinin yerli resurslarla istehsal etdiyi ALPİN pilotsuz helikopteri terrorla mübarizədə fəal şəkildə istifadə olunmağa başlayıb.

Bu barədə TurkicWorld-a Türkiyə hərbi mənbələrindən bildirilib.

Məlumata əsasən, şaquli qalxma və enmə qabiliyyətinə malik ALPİN-in ümumi çəkisi 200 kiloqramdır. Helikopter ilk dəfə meşə yanğınlarında istifadə edilib.

Pilotsuz helikopter ilk hərbi missiyası çərçivəsində İraqın şimalındakı Metina bölgəsindəki baza bölgəsinə döyüş sursatı və ərzaq çatdırıb.

Bundan əlavə, gələcəkdə ALPİN-in silahlanması da gözlənilir.

ALPİN Texniki Xüsusiyyətləri

Maksimum uçuş çəkisi: 550 kiloqram

Daşınan xarici yük: 200 kiloqram

Yüksəklik: 21,000 fut (6400 metr)

Maksimum hava sürəti: 203 Km/saat

Naviqasiya sürəti: 107 Km/saat

Yanacaq tutumu: 175 litr

Külək limiti: 20 knot (37 km/saat)

X: Lamanasadli01