Son dəqiqə

Türkiyə Rumıniya Cevdet Yılmaz

Cevdet Yılmaz Rumıniya Baş nazirinin müavini ilə görüşüb

Bakı. TurkicWorld:

Türkiyə vitse-prezidenti Cevdet Yılmaz Rumıniya Baş nazirinin müavini Marian Neacşu ilə görüşüb.

TurkicWorld xəbər verir ki, bu barədə Cevdet Yılmaz öz sosial media hesabından paylaşım edib.

Prezident Kompleksində keçirilən görüşdə xəzinə və maliyyə naziri Mehmet Şimşək və mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoy da iştirak edib.

“Prezidentimiz və cənab Ciolacu tərəfindən bu gün imzalanan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurası işləri çərçivəsində ölkələrimiz arasında ticarət, enerji, turizm və Qara dənizin təhlükəsizliyi sahələrində ikitərəfli əməkdaşlığın artırılması qarşıdakı dövrdə Rumıniya ilə işimizin əsas prioritet istiqamətləri olacaq".- deyə paylaşımda qeyd edilib.

Hafiz Rufizoğlu

Mövzuya görə xəbərlər