Son dəqiqə

Türkiyə xarici işlər nazirliyi

Türkiyədə Xarici Əlaqələr Təşkilatının Gücləndirilməsi Fondu yaradılır

Bakı. TurkicWorld:

Türkiyə Xarici İşlər Nazirliyinin tərkibində Xarici Əlaqələr Təşkilatının Gücləndirilməsi Fondu yaradılacaq.

TurkicWorld xəbər verir ki, bu barədə Türkiyə diplomatik mənbələri məlumat yayıb.

Xarici Əlaqələr Təşkilatının Gücləndirilməsi Fondunun əsas məqsədi Nazirliyin kadr potensialının inkişafına və institusional güclənməsinə töhfə verəcək tədqiqatlara dəstək vermək və bu istiqamətdə əlavə resurslar yaratmaq olacaq.

Fond gələcəkdə yaradılacaq akademik qurum vasitəsilə diplomatların təhsilinə dəstək verəcək, magistratura və doktorantura təhsillərinə töhfə verəcək, beynəlxalq əlaqələr sahəsində nəşrlər üçün vəsait təmin edəcək.

X: Lamanasadli01

Mövzuya görə xəbərlər