Son dəqiqə

Türkiyə xarici işlər nazirliyi Hakan Fidan

Hakan Fidan 15 iyulla bağlı paylaşım edib

Bakı,TurkicWorld

Türkiyənin Xarici İşlər Naziri Hakan Fidan 2016-cı il 15 iyul tarixində baş vermiş dövlət çevriliş cəhdi ilə əlaqəli paylaşım edib.

TurkicWorld xəbər verir ki, bu barədə Fidan X sosial media hesabında paylaşım edib.

“FETÖ terror təşkilatının 15 iyulda dövlət çevrilişi cəhdinin qarşısı möhtərəm Prezidentimizin rəhbərliyi ilə xalqımız tərəfindən alındı. Ölkəmizdə iflasa uğramış bu təşkilatın xaricdəki üzvlərinin ədalət qarşısında cavab verməsi üçün əlimizdən gələni etməyə davam edirik”,- deyə paylaşımda qeyd olunub.

Qeyd edək ki, Fətullahçı Terror Təşkilatının (FETÖ) 2016-cı il iyulun 15-də dövlət çevrilişinə cəhd etməsindən 8 il ötür. Həmin gecə baş verənlər nəticəsində 300-dən çox insan həyatını itirib, 1491 nəfər yaralanıb. Çevriliş cəhdi zamanı 8 mindən çox hərbi qulluqçu, 35 təyyarə, 3 gəmi, 37 helikopter, 246 zirehli texnika, o cümlədən 74 tank və 4 minə yaxın yüngül silahdan istifadə edilib.

Mövzuya görə xəbərlər