Bakı,TurkicWorld
Rusiya-Ukrayna müharibəsinin digər bölgələrə sıçrama və kütləvi qırğın silahlarından istifadə olunma riski var
TurkicWorld xəbər verir ki, bu sözləri Türkiyənin Xarici İşlər Naziri Hakan Fidan Çexiyanın xarici işlər naziri Yan Lipavski ilə Ankaradaki görüşü zamanı deyib.
Ankarada keçirilən birgə mətbuat konfransında çıxış edən Fidan Ukrayna müharibəsinin böyük təhlükəsizlik riski daşıdığını bildirib.
“Biz Ukraynanın ərazi bütövlüyünü dəstəkləyirik və onun işğalına qarşıyıq. Lakin bu müharibə indi daha böyük müharibəyə çevrilib. Müharibənin genişlənməsi və kütləvi qırğın silahlarının istifadə edilməsi riski var. Bunun indi dayandırılması lazımdır. Bölgəmizin sülh və əmin-amanlığa ehtiyacı var”,- deyə Fidan bildirib.
“Müharibə nəticəsində ölkələr arasında qütbləşmə dərinləşir. Rusiya düşərgəsini başqa bir müttəfiqlik zonasına yönəldib. Avropa başqa bir ittifaqdadır. Müharibə indi dayandırılmalıdır”,- deyə o əlavə edib.
Nazir eyni sözlərin Qəzza üçün də keçərli olduğunu vurğulayıb.