Türkiyə İsrail

Türkiyənin boykotu İsrailli istehlakçılara təsir edəcək

Bakı. TurkicWorld:

Türkiyənin boykotu İsrailli istehlakçılara təsir edəcək.

TurkicWorld-un məlumatına görə, bu barədə İsrailin “Calcalist” qəzeti məlumat verib.

Tel-Əviv Ankaranın ticari əlaqələri kəsəcəyinə inanmasa da, gözlənilməz sürprizlə qarşılandı.

“Calcalist” qəzeti məqaləsində, alternativ idxal mənbələrinin tapılması vaxt və müqavilələr toplusunu tələb etməsini və hətta onlar imzalandıqda belə, malların qiymətləri Türkiyədə mal tədarükçülərinin tələb etdiyi qiymətlərdən xeyli yüksək ola bilməsini qeyd edib.

Məqalədə həmçinin tikinti sənayesinin xüsusilə boykotdan təsirləndiyi, eləcə də böyük avtomobil istehsalçılarının Türkiyədən İsrailə bir sıra məşhur avtomobillər ixrac etdiyi avtomobil sənayesinin boykotdan təsirlənəcəyi vurğulanıb.

Mövzuya görə xəbərlər