Son dəqiqə

Türkiyə Hakan Fidan

Hakan Fidanın Qambiyada diplomatik görüşləri davam edir

Bakı. TurkicWorld:

Türkiyə xarici işlər naziri Hakan Fidan İslam Əməkdaşlıq Təşkilatının 15-ci Zirvə toplantısında diplomatik görüşləri davam edir.

TurkicWorld xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin sosial media hesabında bildirilib.

“Türkiyə Qəzzada daimi sülhün təmin edilməsi üçün səylərini davam etdirir.” – deyə Hakan Fidan qeyd edib.

Hakan Fidan sammit çərçivəsində Mərakeşin xarici işlər naziri Nasser Burita, Tatarıstan Respublikasının Prezidenti Rustem Minnihanov, İran xarici işlər naziri Hüseyn Əmir Abdullahian və Sudanın xarici işlər nazirinin müavini Hüseyn Avad Əli Məhəmmədlə görüşüb.

Hafiz Rufizoğlu

Mövzuya görə xəbərlər