Son dəqiqə

Türkiyə Burak Dağlıoğlu

Türkiyə beynəlxalq investorlar üçün mühüm mərkəzə çevrilib

Bakı. TurkicWorld:

Türkiyə beynəlxalq investorlar üçün mühüm mərkəzə çevrilib.

TurkicWorld xəbər verir ki, bu barədə Türkiyə Prezident Adminstrasiyasının İnvestisiya İdarəsinin rəhbəri Burak Dağlıoğlu bildirib.

"Türkiyə 2020-ci ildə Avropa liqasında 7-ci, 2022-ci ildə 5-ci oldu. Ölkə 2023-cü ildə əvvəlki ilə nisbətən 17 faiz artaraq 375 beynəlxalq birbaşa investisiya layihəsi ilə ilk 10 ölkə arasında 4-cü yerə yüksəldi. Türkiyə strateji mövqeyi və güclü investisiya mühiti ilə sərmayəçilər üçün seçilən bir məkana çevrilib. 2023-cü ildə cəlb etdiyimiz 10,6 milyard dollarlıq beynəlxalq birbaşa investisiya bu uğurun ən konkret göstəricisidir. İspaniyanı geridə qoyaraq Fransa, İngiltərə və Almaniyadan sonra dördüncü yeri tutmağımızı son dərəcə müsbət hal hesab edirik", - deyə o vurğulayıb.

X: Lamanasadli01

Mövzuya görə xəbərlər