Son dəqiqə

Türkiyə İran Sergey Lavrov ABŞ Hakan Fidan Yaxın Şərq Hörmüz boğazı

Hakan Fidan: ABŞ–İran razılaşması daimi təhlükəsizlik arxitekturasına çevrilə bilər

BAKI,TurkicWorld,Yusif Şərifzadə

Türkiyənin xarici işlər naziri Hakan Fidan ABŞ və İran arasında əldə olunan razılaşmanın bölgədə uzunmüddətli sabitlik üçün yeni imkanlar yarada biləcəyini bildirib.

TurkicWorld xəbər verir ki, Fidan bu fikirləri Rusiyaya səfəri çərçivəsində Rusiya xarici işlər naziri Sergey Lavrovla birgə mətbuat konfransında səsləndirib.

Nazirin sözlərinə görə, ABŞ–İran razılaşması mühüm diplomatik mərhələ kimi qiymətləndirilməlidir və bu sənəd regionda qalıcı təhlükəsizlik sisteminin formalaşmasına töhfə verə bilər.

Fidan Türkiyənin gözləntisinin müvəqqəti sakitlik deyil, strukturlaşdırılmış və davamlı təhlükəsizlik arxitekturasının qurulması olduğunu vurğulayıb.

O, Hörmüz boğazının fasiləsiz və sərbəst keçid üçün açıq saxlanılmasının regional sabitlik və qlobal enerji təhlükəsizliyi baxımından həyati əhəmiyyət daşıdığını bildirib.

Türkiyə xarici işlər naziri həmçinin bölgədə sülh mühitinə zərər verə biləcək ritorikadan və razılaşmanı pozmağa yönəlmiş addımlardan uzaq durulmasının vacibliyini qeyd edib.

Fidan İsrailin mümkün sabotaj cəhdləri ilə bağlı narahatlığını da ifadə edib.

O bildirib ki, İsrailin Livan və Suriyaya hücumları bölgədə sabitliyi pozmağa yönəlmiş addımlar kimi qiymətləndirilir.

Mövzuya görə xəbərlər