Son dəqiqə

Türkiyə Numan Kurtulmuş CHP TBMM Milliyyetçi Harekat Partiyası (MHP) Devlet Bahçeli Özgür Özəl

TBMM sədri yeni Konstitusiya ilə bağlı siyasi partiyalarla görüşəcək

Bakı, TurkicWorld:

Türkiyə Böyük Millət Məclisinin sədri Numan Kurtulmuş bu gün yeni Konstitusiya ilə bağlı siyasi partiyalarla görüşəcək.

TurkicWorld xəbər verir ki, Kurtulmuş ilk olaraq Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Özgür Özəl ilə müzakirələr aparacaq.

TBMM sədrinin daha sonra Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Devlet Bahçeli ilə də görüşü gözlənilir.

Bundan əlavə, Kurtulmuş planlaşdırılan təqvim çərçivəsində digər partiya qruplarını da ziyarət edəcək. Bu prosesdən sonra siyasi partiyalar arasında konstitusiya yaradılması prosedurları və prinsiplərini müəyyən etmək üçün məsləhətləşmələr aparılacaq.

Yeni Konstitusiyanın geniş ictimai konsensusla hazırlanması üçün cəmiyyətin bütün təbəqələrinin rəyi alınacaq.

Siyasi partiyalar prioritet mövzularını müəyyənləşdirəcək və gələcəkdə birgə komissiya yaradılaraq iş sürətləndiriləcək.

Qeyd edək ki, Türkiyədə 1982-ci ildən qüvvədə olan konstitusiyaya 1987-ci, 2007-ci, 2010-cu, 2017-ci illərdə dəyişiklik edilib.

X: Lamanasadli01

Mövzuya görə xəbərlər