Ərdoğan 23 Aprel münasibətilə paylaşım edib

Ərdoğan 23 Aprel münasibətilə paylaşım edib

Bakı. TurkicWorld:

Türkiyə Böyük Millət Məclisinin açılışının 104-cü ildönümünü və uşaqların 23 Aprel Milli Suverenlik və Uşaq Bayramını təbrik edirəm.

TurkicWorld xəbər verir ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bu barədə X sosial media hesabında paylaşım edib.

"Başda Böyük Millət Məclisinin ilk prezidenti, Qurtuluş Döyüşümüzün Ali Baş Komandanı, Cümhuriyyətimizin qurucusu Qazi Mustafa Kamal Atatürk olmaqla, ölkəmizin bugünkü vəziyyətində əməyi olan hər kəsi hörmətlə yad edirəm. Müstəqilliyimiz və gələcəyimiz üçün gözünü qırpmadan canlarını fəda edən qəhrəman şəhidlərimizin hər birinə Allahdan rəhmət diləyirəm", - deyə o əlavə edib.

Qeyd edək ki, Milli Suverenlik və Uşaq Bayramı Türkiyə Böyük Millət Məclisinin açılışının ildönümü olan aprelin 23-də Türkiyə Respublikasında və Şimali Kipr Türk Cümhuriyyətində qeyd olunan milli və rəsmi bayramdır.

Türkiyə Cümhuriyyətinin ilk milli bayramı olan bu bayram 1921-ci ildən Türkiyədə “23 Aprel Milli Bayramı” kimi qeyd olunmağa başlanıb.