Almaniya Prezidenti Türkiyəyə səfər edib

Almaniya Prezidenti Türkiyəyə səfər edib

Bakı, TurkicWorld:

Almaniya Prezidenti Frank-Walter Steinmeier üç günlük Türkiyə səfəri çərçivəsində İstanbula gəlib.

TurkicWorld xəbər verir ki, Almaniya prezidentini İstanbul hava limanında İstanbul valisi Davud Gül, Almaniyanın Ankaradakı səfiri Yurgen Şulz, Türkiyənin Berlin səfiri Əhməd Başar Şen və digər rəsmi şəxslər qarşılayıblar.

Steinmeier iki ölkə arasında diplomatik əlaqələrin başlanmasının 100-cü ildönümü münasibətilə Türkiyəyə ilk səfəri zamanı İstanbul, Qaziantep və Ankaraya səfər edəcək.

Almaniya prezidentinin biznes, elm, incəsənət, ədəbiyyat, idman və qeyri-hökumət təşkilatlarının nümayəndələri ilə də görüşü nəzərdə tutulub.

Səfərinin ikinci günü o, Qaziantepdə zəlzələ qurbanları üçün sığınacaq və tikintisi Almaniya tərəfindən dəstəklənən məktəbə baş çəkəcək.

Bundan əlavə, Frank-Walter Steinmeierin aprelin 24-də Ankarada prezident Rəcəb Tayyib Ərdoğanla görüşü gözlənilir.

X: Lamanasadli01