Hakan Fidan Hollandiya XİN rəhbəri ilə Qəzza məsələsini müzakirə edib

Hakan Fidan Hollandiya XİN rəhbəri ilə Qəzza məsələsini müzakirə edib

Bakı, TurkicWorld:

Türkiyə xarici işlər naziri Hakan Fidan Hollandiyanın Haaqa şəhərində Hollandiyanın Baş naziri Mark Rutte ilə görüşüb.

TurkicWorld xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb.

Məlumata əsasən, Fidan və Rutte Türkiyə-Hollandiya münasibətlərini, Qəzzada son vəziyyət, Ukraynadakı hadisələr və terrorla mübarizəni müzakirə ediblər.

Qeyd edək ki, Türkiyə xarici işlər naziri Hakan Fidan 19 aprel tarixində Hollandiyaya rəsmi səfər edib.

X: Lamanasadli01