Son dəqiqə

Türkiyə İordaniya Hakan Fidan

Türkiyə ilə təhlükəsizlik və sabitlik üçün koordinasiya edirik - İordaniya XİN

Bakı, TurkicWorld

İordaniyanın xarici işlər naziri Aymen əs-Safedi, bölgədə təhlükəsizlik və sabitlik mövzusunda əməkdaşlığın vacibliyini vurğulayıb.

TurkicWorld xəbər verir ki, o bu barədə Ankarada Türkiyənin xarici işlər naziri Hakan Fidan ilə birgə mətbuat konfransında danışıb.

Safadi bildirib ki, Türkiyə ilə koordinasiya bölgədə təhlükəsizlik və sabitliyin artmasına töhfə verəcək və qarşılaşılan çətinliklərin həllində mühüm rol oynayacaq.

"Biz bölgədə təhlükəsizlik və sabitliyin güclənməsi üçün Türkiyə tərəfi ilə sıx əməkdaşlıq edirik. Türkiyənin təhlükəsizliyinə təhdid yaradan hər bir məsələ bölgənin də təhlükəsizliyinə təhdiddir."- deyə Safadi vurğulayıb.

Nazirlər regional məsələlərdə birgə fəaliyyətin davam edəcəyini qeyd ediblər.

Mövzuya görə xəbərlər