Hakan Fidan Hollandiyaya rəsmi səfər edəcək

Hakan Fidan Hollandiyaya rəsmi səfər edəcək

Bakı, TurkicWorld:

Türkiyə xarici işlər naziri Hakan Fidan 19 aprel tarixində Hakan Fidan Hollandiyaya rəsmi səfər edəcək.

TurkicWorld xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb.

Məlumata əsasən, səfər çərçivəsində nazir Fidan Hollandiyanın xarici işlər naziri Hanke Bruins Slot ilə görüşəcək.

Görüşlərdə Türkiyə-Avropa İttifaqı əlaqələri və regional inkişaflar, eləcə də ikitərəfli əlaqələr ətrafında fikir mübadiləsi aparılacaq.

Qeyd edək ki, 2008-ci ildə Türkiyə ilə Hollandiya arasında ikitərəfli münasibətləri və əməkdaşlığı inkişaf etdirmək məqsədi ilə yaradılmış Vittenburq Konfransının onuncu iclası 16 aprel 2024-cü il tarixində Hollandiyada keçirilib.

Vittenburq Konfransının onuncu iclası çərçivəsində “Türkiyə-Avropa İttifaqı əlaqələri”, “Hollandiya Türk Topluluğu”, “Təhlükəsizlik, Terrorla Mübarizə”, “Qeyri-qanuni Miqrasiya”, “Zəlzələdən Sonra Yenidənqurma və Davamlı Həll Yolları”,"Təmiz enerjiyə keçid" adlı altı mövzu müzakirə edilib.

X: Lamanasadli01