Son dəqiqə

Fələstin Türkiyə xarici işlər nazirliyi Qətər Hakan Fidan

Türkiyə XİN rəhbəri Qətərə rəsmi səfər edəcək

Bakı. TurkicWorld:

Türkiyə xarici işlər naziri Hakan Fidan 17 aprel tarixində Qətərə rəsmi səfər edəcək.

TurkicWorld xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb.

Məlumata əsasən, nazir Fidan səfər çərçivəsində Qətərin Baş naziri və xarici işlər naziri Şeyx Məhəmməd bin Əbdürrəhman Al Tani ilə görüşəcək.

Görüş zamanı ikitərəfli münasibətlər, o cümlədən Fələstindəki vəziyyət və regional proseslər ətrafında fikir mübadiləsi aparılacaq.

X: Lamanasadli01

Mövzuya görə xəbərlər