Hatay Hava Limanında uçuşlar bərpa edilib

Hatay Hava Limanında uçuşlar bərpa edilib

Bakı, TurkicWorld:

Zəlzələdə zərər çəkən Hatay Hava Limanı 29 Mart Cümə günündən etibarən hər iki istiqamətdə sərniş daşımağa başlayıb.

TurkicWorld xəbər verir ki, bu barədə Türkiyə Nəqliyyat və İnfrastruktur naziri Abdulkadir Uraloğlu məlumat verib.

"Martın 29-dan indiyədək hava limanından 16 reyslə ümumilikdə 4 min 349 sərnişin səfər edib. Uçuşa başladığımız gündən ümumilikdə 30 müntəzəm reys planlaşdırılsa da, gündə üç reys, əlverişsiz hava şəraiti ilə əlaqədar aviaşirkətlər tərəfindən bəzi reyslər təxirə salınıb”, - deyə o əlavə edib.

Xatırladaq ki, keçən ilin fevral ayının 6-da Türkiyədə səhər saatlarında 7.7 və 7.6 bal gücündə iki zəlzələ baş verib. Dərinliyi 7 kilometr olduğu müəyyən edilən zəlzələ Hatay, Qaziantep, Kilis, Osmaniye, Malatya, Adıyaman, Şanlıurfa, Diyarbəkir, Adana və Kahramanmaraş vilayətlərində ciddi dağıntılara səbəb olub. Zəlzələ nəticəsində ölənlərin sayı 50 min 783-ə çatıb.

X: Lamanasadli01