F-16 məsələsi həll olunub - Hakan Fidan

F-16 məsələsi həll olunub - Hakan Fidan

Bakı, TurkicWorld:

Türkiyə ilə ABŞ arasında F-16 məsələsi həll olunub.

TurkicWorld xəbər verir ki, bu sözləri Türkiyə xarici işlər naziri Hakan Fidan NATO Xarici İşlər Nazirləri toplantısından sonra jurnalistlərə açıqlamasında deyib.

"Digər sahələrin də inkişafı gündəmdə olacaq. Türkiyə Prezidentinin perspektivi ondan ibarətdir ki, Türkiyə-Amerika münasibətləri yalnız təhlükəsizlik yönümlü deyil, iqtisadiyyat, texnologiya, ticarət və digər sahələri əhatə etsin", - deyə o vurğulayıb.

Qeyd edək ki, 29 fevral tarixində ABŞ-ın 40 ədəd yeni F-16 Blok-70-lərin Türkiyəyə tədarükü və mövcud 79 ədəd F-16-nın modernləşdirilməsi üçün göndərdiyi “Təklif və Qəbul Məktublarının Layihəsi” Türkiyə Milli Müdafiə Nazirliyinə və müvafiq bölmələrə çatdırılıb.

Xatırladaq ki, Türkiyə Böyük Millət Məclisinin (TBMM) İsveçin NATO-ya üzvlüyünü təsdiqləməsindən sonra ABŞ prezidenti Co Bayden Konqresə müraciət edərək Ankaraya “F-16” satışını təsdiqləməyə çağırıb.

Daha sonra ABŞ Dövlət Departamenti Türkiyəyə 40 ədəd F-16 qırıcısının satışı və mövcud F-16-ların modernləşdirilməsi ilə bağlı Konqresə rəsmi bildiriş verib.

X: Lamanasadli01