Türkiyə MN: 3 ayda 700-ə yaxın terrorçu zərərsizləşdirilib

Türkiyə MN: 3 ayda 700-ə yaxın terrorçu zərərsizləşdirilib

Bakı. TurkicWorld:

Türkiyə Silahlı Qüvvələri (TSK) PKK, İŞİD və FETÖ terror təşkilatları başda olmaqla bütün təhdid və təhlükələrə qarşı mübarizəsini qətiyyətlə davam etdirir.

TurkicWorld xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi bildirib.

Məlumata əsasən, TSK terrorun mənbəyində məhv edilməsi strategiyası çərçivəsində həyata keçirilən davamlı və əhatəli əməliyyatlarda son bir həftədə 27, 2024-cü il yanvar-mart aylarında isə 280-i İraqın şimalında, 393-ü isə Suriyanın şimalında olmaqla 673 terrorçu zərərsizləşdirib.

Bundan əlavə, əməliyyatlar çərçivəsində 41 min 521 nəfərin sərhədi qanunsuz keçməsinin qarşısı alınıb.

X: Lamanasadli01