Bakı, TurkicWorld
Türkiyənin 41 vilayətində PKK/KCK terror təşkilatına qarşı həyata keçirilən “Gürz-37” əməliyyatında 147 şübhəli saxlanılıb.
TurkicWorld xəbər verir ki, bu barədə Türkiyənin Daxili işlər naziri Ali Yerlikaya sosial media hesabında etdiyi paylaşımda bildirib.
Nazirin verdiyi məlumata görə, əməliyyatlar çərçivəsində 147 şübhəli saxlanılıb, 30 nəfər barəsində həbs-qətimkan tədbiri seçilib,17 nəfər barədə məhkəmə istintaqı başlanılıb, digər şübhəlilər barədə isəaraşdırmalar davam edir.
Əməliyyatlar zamanı saxlanılan şəxslərin terror təşkilatının daxili strukturunda fəal rol oynadıqları, sosial media vasitəsilə PKK/KCK təbliğatı apardıqları,təşkilatın gənclər strukturunda fəaliyyət göstərdikləri və maliyyə təminatı ilə bağlı əməliyyatlar həyata keçirdikləri müəyyən edilib.
Əməliyyat çərçivəsində çoxlu sayda təşkilati sənəd və rəqəmsal material da ələ keçirilib.
41 ilde PKK/KCK'ya yönelik Jandarma tarafından son 10 gündür devam eden “GÜRZ-37" operasyonlarında 147 şüpheli Terör Örgütü Mensubu yakalandı
— Ali Yerlikaya (@AliYerlikaya) January 11, 2025
Şüphelilerden;
30‘u tutuklandı.
17’si hakkında adli kontrol kararı verildi. Diğerlerinin işlemleri devam ediyor.
Cumhuriyet… pic.twitter.com/pruGZvigfb