Son dəqiqə

Türkiyədə tender

Türkiyədə dövlət xəstəxanası tibbi ləvazimat alacaq

Bakı,TurkicWorld

Ankarada yerləşən Bilkent dövlət xəstəxanası 15 növ tibbi ləvazimat alımı üzrə tender elan edib.

Tenderdə yerli və əcnəbi şirkətlər iştirak edə bilər. Ləvazimatlar tenderin nəticələri açıqlandıqdan sonra 10 təhvil verilməlidir.

Tender iştirakçıları aşağıdakı meyarlara sahib olmalıdırlar:

- Türkiyə Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklər olmamalı;

- Müvafiq sahibkarlıq fəaliyyəti növünün həyata keçirilməsi və ya müəyyən hərəkətlərin yerinə yetirilməsi üçün müvafiq lisenziyaya və ya icazəyə malik olmalı;

- Müflis elan olunmamalı, məhkəmənin qərarı ilə kommersiya fəaliyyəti dayandırılmış şəxs olmamalıdır.

Tender təklifinin təqdim edilməsinin son tarix vaxtı:

- Tender təklifləri 10 fevral 2025-ci il tarixinə qədər “Üniversiteler Mahallesi 1604. Cadde No:9 06800 Bilkent Çankaya/Ankara” ünvanına bağlı və küncləri möhürlənmiş zərflər şəklində təqdim edilməlidir.

Mövzuya görə xəbərlər