PKK Türkiyə vətəndaşlarına qarşı hücumu qəbuledilməzdir – Ömer Çelik

PKK Türkiyə vətəndaşlarına qarşı hücumu qəbuledilməzdir – Ömer Çelik

Bakı. TurkicWorld:

PKK Türkiyə vətəndaşlarına qarşı hücumu qəbuledilməzdir.

TurkicWorld xəbər verir ki, bu barədə AK Partiya sədr müavini və partiya sözçüsü Ömer Çelik deyib.

O, Belçikada PKK tərəfdarlarının Türkiyə vətəndaşlarına qarşı hücumlarını pisləyib

“Prosesdə iştirak edən Belçika səlahiyyətliləri tərəfindən hücumçulara qarşı başladılan istintaqın dərhal yekunlaşacağını gözləyirik. Hesab edirik ki, Avropadakı siyasətçilər separatçı terror təşkilatının tərəfdarlarının sosial sülhə təhlükə yaratdığını görməlidirlər.” – deyə Çelik qeyd edib.

O bildirib ki, vətəndaşların təhlükəsizliyini qorumaq və cinayətkarları cəzalandırmaq üçün prosesi izləyəcəyik.

Hafiz Rufizoğlu