Bakı. TurkicWorld:
TurkicWorld-un rəsmi media sponsoru olduğu Türkiyənin İHH İnsan Hüquqları, Azadlıqları və Humanitar Yardım Vəqfi Qəzzada ən çox ərzaq yarımı paylayan təşkilatlardan biridir.
Qida Təminatı Sektorunda Beynəlxalq Koordinasiya Mexanizminin məlumatlarına görə, İHH Qəzzada gündəlik olaraq ən çox isti yemək və çörək paylayan təşkilatlar arasında üçüncü yeri tutub.
Oktyabrın 7-dən etibarən Qəzzaya humanitar yardım işlərini gücləndirən İHH fəaliyyətini davam etdirir. Qəzzada isti yeməklər paylayan vəqf, Ramazan ayının əvvəlindən bəri Dünya Ərzaq Proqramı (WFP) ilə birlikdə hər gün 48 min insana iftar süfrəsi verir.
Qəzza xalqına dəstək olmaq istəyənlər istənilən operatordan GAZZE mesajı yazaraq və 3072 nömrəsinə mesaj göndərərək 30 TL ianə verə bilərlər. Daha çox ianə vermək istəyənlər İHH Humanitar Yardım Vəqfinin internet saytında onlayn ianə yolu ilə və ya fondun bank hesab nömrələrinə GAZZE yazaraq istədikləri məbləği ianə edə bilərlər.
Qeyd edək ki, Qəzzanın səhiyyə rəsmilərinə görə, İsrailin Qəzzanı işğal etməsi 31 mindən çox insanın ölümünə səbəb olub, anklavın çox hissəsini xarabalığa çevirib və Qəzzanın 2,3 milyon əhalisinin 80 faizini köçkün vəziyyətinə salıb.
Qəzzanın Səhiyyə Nazirliyi bildirir ki, Qəzzada 32 minə yaxın fələstinli öldürülüb və 2,3 milyon əhalisinin əksəriyyəti evlərini tərk etmək məcburiyyətində qalıb.
Nazirlik öz sayında mülki şəxslər və döyüşçülər arasında fərq qoymur, lakin qadınların və uşaqların ölənlərin üçdə ikisini təşkil etdiyini bildirir.
İsrail dinc sakinlərin ölməsində HƏMAS-ı günahlandırır, çünki yaraqlılar sıx yaşayış məntəqələrində döyüşürlər.
İsrail heç bir sübüt təqdim etmədən 13 min HƏMAS döyüşçüsü öldürdüyünü bildirib.
Bu arada Qəzzada döyüşlər davam edir. İsrailin çərşənbə günü Qəzzanın cənubunda BMT-nin fələstinli qaçqınlarla işləyən agentliyi olan UNRWA-nın qida paylama məntəqəsinə endirdiyi zərbə nəticəsində agentliyin bir əməkdaşı həlak olub, 22 nəfər yaralanıb.
UNRWA-nın məlumatına görə, son beş ayda gedən döyüşlər zamanı agentliyin həlak olan işçilərinin sayı 165-ə çatdırıb.
Qəzzanın səhiyyə orqanları UNRWA anbarının həyətinə endirilən zərbə nəticəsində ümumilikdə 5 nəfərin öldüyünü bildirib.