Bu gün Türkiyənin ən uzun və sürətli metro xəttinin açılışı olacaq

Bu gün Türkiyənin ən uzun və sürətli metro xəttinin açılışı olacaq

Bakı. TurkicWorld:

Bu gün Türkiyədə Arnavutköy-İstanbul hava limanı metro xəttinin açılışı olacaq.

TurkicWorld xəbər verir ki, bu barədə Türkiyə nəqliyyat və infrasturuktur naziri Abdulkadir Uraloğlu bildirib.

“Arnavutköy-Halkalı mərhələsini tamamlayaraq, tamamilə yeraltı olan metro kateqoriyasında Türkiyənin ən uzun və sürətli, dünyanın isə ən uzun metro xətlərindən biri olacaq 69 kilometrlik dairəvi xətti tamamlamış olacağıq”, – deyə o əlavə edib.

Nazir Uraloğlu, Arnavutköy-İstanbul Hava Limanı Xəttinin və bu xəttin davamı olan Halkalı-Kayaşehir-İstanbul Hava Limanı Bölməsinin tunellərinin birlikdə tamamlandığını da qeyd edib.

X: Lamanasadli01