Son dəqiqə

Türkiyə İstanbul Hava Limanı Abdulkadir Uraloğlu

İstanbul Hava Limanında 16R uçuş zolağı müvəqqəti olaraq bağlanıb

Bakı. TurkicWorld:

İstanbul Hava Limanında 16R uçuş-enmə zolağı Türkiyə vaxtı ilə saat 15:00-a qədər uçuşlara bağlanıb.

TurkicWorld xəbər verir ki, bu barədə Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu açıqlayıb.

Qeyd edək ki, Paris-İstanbul reysini həyata keçirən Boeing B767 tipli yük təyyarəsinin ön təkərləri açılmayıb və təyyarə öz gövdəsi ilə uçuş-enmə zolağına enib. Hadisə nəticəsində ölən və ya yaralanan olmayıb.

X: Lamanasadli01

Mövzuya görə xəbərlər