Trabzon-Səudiyyə Ərəbistanı birbaşa uçuşları başlayır

Trabzon-Səudiyyə Ərəbistanı birbaşa uçuşları başlayır

Bakı, TurkicWorld:

Trabzon ilə Səudiyyə Ərəbistanı arasında birbaşa uçuşlar iyunun 4-də başlayacaq.

TurkicWorld xəbər verir ki, bu barədə Türkiyə Nəqliyyat və İnfrastruktur naziri Abdulkadir Uraloğlu məlumat verib.

"Bu uçuşlarla həm Trabzon turizmi və iqtisadiyyatı inkişaf edəcək, həm də ölkə iqtisadiyyatı canlanacaq. Bu, həm də Həcc və Ümrə səfərlərində vətəndaşlarımızın səfərlərini asanlaşdıracaq”, - deyə o qeyd edib.

Məlumata əsasən, 4 iyun tarixində Trabzon-Ciddə reysi ilə başlayacaq uçuşlar 30 Sentyabr 2024-cü il Riyad reysi ilə sona çatacaq.

“Trabzondan Ciddə və Ər-Riyada həftəlik beş uçuş olacaq. Təyyarələrimiz çərşənbə axşamı və cümə axşamı saat 09.55-də, çərşənbə, cümə və bazar günləri isə saat 09.15-də Trabzon hava limanından yola düşəcək", - deyə Uraloğlu əlavə edib.

X: Lamanasadli01