Son dəqiqə

Somali Türkiyənin Enerji və Təbii sərvətlər nazirliyi Alparslan Bayraktar

Türkiyə və Somali enerji sahəsində əməkdaşlıq edəcək

Bakı. TurkicWorld:

Türkiyə və Somali neft və təbii qaz sahəsində əməkdaşlıq edəcək.

TurkicWorld xəbər verir ki, Türkiyənin enerji və təbii sərvətlər naziri Alparslan Bayraktar Somalinin neft və təbii ehtiyatlar naziri Abdirizak Omar Mohamed ilə hökumətlərarası saziş və anlaşma memorandumu imzalayıb.

"Somalinin quru və dəniz bloklarında neft və təbii qaz sahəsində ikitərəfli əməkdaşlığı inkişaf etdirmək üçün Somalinin neft və təbii ehtiyatlar naziri Abdirizak Omar Mohamed ilə hökumətlərarası saziş və anlaşma memorandumu imzaladıq. Bu razılaşma ilə Somalinin qaynaqlarını Somali xalqına çatdırmaq üçün birgə fəaliyyətlər həyata keçirəcəyik", - deyə A.Bayraktar bildirib.

X: Lamanasadli01

Mövzuya görə xəbərlər