Bakı, TurkicWorld
Somalinin Türkiyədəki və Azərbaycandakı qeyri-rezident səfiri Fathudin Ali Ospite, Bakıda Azərbaycan Respublikasının elm və təhsil naziri Emin Əmrullayev ilə görüş keçirib.
TurkicWorld xəbər verir ki, bu barədə Somali Milli Televiziyası sosial media hesabında paylaşım edib.
Görüş zamanı iki ölkə arasında elm və təhsil sahələrində əməkdaşlığın inkişaf etdirilməsi istiqamətində fikir mübadiləsi aparılıb. Əməkdaşlığın daha da genişləndirilməsi üçün potensial imkanlar və yeni layihələr müzakirə edilib.