Hatayda zəlzələ baş verib

Hatayda zəlzələ baş verib

Bakı, TurkicWorld:

Türkiyənin Hatay vilayətində 4.0 maqnitudalı zəlzələ baş verib.

TurkicWorld xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) bildirib.

Məlumata görə, zəlzələ yerin 6,04 kilometr dərinliyində baş verib.

Zəlzələ nəticəsində dağıntıların olmadığı bildirilib.

X: Lamanasadli01