Türkiyə İŞİD-ə qarşı açıq mübarizə aparan yeganə NATO ölkəsidir - Ərdoğan

Türkiyə İŞİD-ə qarşı açıq mübarizə aparan yeganə NATO ölkəsidir - Ərdoğan

Bakı. TurkicWorld:

Türkiyə İŞİD terror təşkilatına qarşı açıq mübarizə aparan yeganə NATO ölkəsidir.

TurkicWorld xəbər verir ki, bu sözləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Antalya Diplomatiya Forumunda çıxışı zamanı deyib.

"Türkiyə istər coğrafi mövqeyi, istər mədəni, istərsə də beynəlxalq əlaqələri baxımından böhranlardan ən çox təsirlənən ölkələrdən biridir. Bəşəriyyətin gündəmini zəbt edən münaqişələrin, gərginliklərin, müharibələrin və risklərin böyük əksəriyyəti bizim yaxın coğrafiyamızda yaşanır. Məsələn, bir çox ölkənin son 5-10 ildə üzləşdiyi terror təhlükəsinə qarşı 40 ildir mübarizə aparırıq. İŞİD-lə meydanda üz-üzə vuruşan və bu təşkilatı məğlub edən yeganə NATO müttəfiqiyik", - deyə o vurğulayıb.

R.T.Ərdoğan onu da bildirib ki, xaricdə yaşayan Türkiyə vətəndaşları İslama qarşı artan düşmənçiliyin hədəfində olan təbəqələr arasındadır.

"Son günlər Avropada etiraz aksiyası adı altında müqəddəs kitabımız Qurani-Kərimə qarşı edilən hücumların əksəriyyəti Türkiyə səfirlikləri qarşısında həyata keçirilib. Bu prosesdə xüsusilə Türkiyə və Avropa türklərinin təhrik edilməsi hədəflənirdi", - deyə o əlavə edib.

X: Lamanasadli01