İslamafobiya vəba kimi yayılır - Ərdoğan

İslamafobiya vəba kimi yayılır - Ərdoğan

Bakı. TurkicWorld:

İslamafobiya vəba kimi yayılır.

TurkicWorld xəbər verir ki, bu sözləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Antalya Diplomatiya Forumunda çıxışı zamanı deyib.

"Ölkələr arasında gəlir bərabərsizliyi artır. Müstəmləkəçilik yeni üsullarla davam etdirilir. Mədəni irqçilik və İslamafobiya dünyanın bir çox yerində vəba kimi yayılmaqdadır. Rifah əsri olacağına ümid etdiyimiz 21-ci əsr böhranlar əsrinə çevrilir", - deyə o əlavə edib.

X: Lamanasadli01