Antalya Diplomatiya Forumunun dünya üçün faydalı olacağını ümid edirəm - Hakan Fidan

Antalya Diplomatiya Forumunun dünya üçün faydalı olacağını ümid edirəm - Hakan Fidan

Bakı. TurkicWorld:

Ümid edirəm ki, 3-cü Antalya Diplomatiya Forumu (ADF) qlobal problemlər və ədalətsizliklərlə mübarizəmizə dəstək olacaq və dünya üçün faydalı olacaq.

TurkicWorld xəbər verir ki, bu sözləri Türkiyə xarici işlər naziri Hakan Fidan öz rəsmi X sosial media hesabında bildirib.

Türkiyə XİN rəhbəri, həmçinin, forumun üç gün ərzində dövlət və hökumət başçılarını, yüksək səviyyəli hökumət rəsmilərini, iş adamlarını, ekspertləri, alimləri və gəncləri bir araya gətirəcəyini qeyd edib.

"Forum çərçivəsində baş tutacaq sessiyalarda və ikitərəfli görüşlərdə beynəlxalq sülh və təhlükəsizliyi təhdid edən böhranlara, xüsusilə Qəzzada davam edən qırğına qarşı həll üsullarını qiymətləndirəcəyik", - deyə o əlavə edib.

X: Lamanasadli01