Son dəqiqə

Türkiyə

Türkiyədə 110 qeyri-qanuni mühacir tutulub

Bakı. TurkicWorld:

Türkiyənin Balıkesir vilayətində 110 qeyri-qanuni mühacir tutulub.

TurkicWorld xəbər verir ki, bu istiqamətdə Türkiyənin Sahil Mühafizəsi qrupları əməliyyat keçirib.

Sahil Mühafizəsinin bölgəyə çatan qrupları 36 uşaq və 74 qeyri-qanuni immiqrantı saxlayıb.

Qeyd olunub ki, qeyri-qanuni mühacirlərə qida, içki, dərman və tibbi ləvazimat kimi humanitar yardımlar verildikdən sonra İl İmmiqrasiya İdarəsinə göndəriliblər.

Hafiz Rufizoğlu

Mövzuya görə xəbərlər