Türkiyə 5-ci nəsil təyyarəsində daha bir kritik mərhələni geridə qoydu - Ərdoğan

Türkiyə 5-ci nəsil təyyarəsində daha bir kritik mərhələni geridə qoydu - Ərdoğan

Bakı. TurkicWorld:

Türkiyə 5-ci nəsil təyyarəsində daha bir kritik mərhələni geridə qoydu.

TurkicWorld xəbər verir ki, bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.

"Bu gün Türkiyə müdafiə sənayesinin daha bir qürurverici gününü yaşadıq. Milli döyüş təyyarəmiz KAAN ilk uçuşunu uğurla həyata keçirib”, - deyə o əlavə edib.

Qeyd edək ki, Türkiyənin Aerokosmik Sənaye şirkəti (TUSAŞ) tərəfindən hazırlanan milli döyüş yəyyarəsi KAAN bu gün ilk uçuşunu həyata keçirib.

Döyüş təyyarəsinin məqsədi ABŞ-dan alınan F-16 və F-35 qırıcı təyyarələrini əvəz etməkdir. Milli Döyüş Təyyarəsinin ilk sınaq uçuşu 2023-cü il martın 16-da keçirilib və uğurla tamamlanıb.

2023-cü il mayın 1-də Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada keçirilən “İstikbalin Yüzyılı” proqramında Milli Döyüş Təyyarəsinə KAAN adını verib.

Milli Döyüş Təyyarəsi radar dalğalarını yumşaltmaq qabiliyyətinə malik kompozit materiallardan hazırlanıb və qoşa mühərriklər, aşağı görmə qabiliyyəti, təkmil atəş sistemləri və iki funksiyalı radar kimi xüsusiyyətlərə malikdir.

X: Lamanasadli01