Son dəqiqə

Türkiyə Ali Yerlikaya

Türkiyədə 12 ölkə tərəfindən axtarışda olan 23 şübhəli saxlanılıb

Bakı. TurkicWorld:

Türkiyədə 12 ölkə tərəfindən axtarışda olan 23 şübhəli saxlanılıb.

TurkicWorld-un məlumatına görə, bu barədə Türkiyənin Daxili İşlər naziri Ali Yerlikaya məlumat verib.

"Altı vilayətdə eyni vaxtda keçirilən "Qəfəs-43" əməliyyatlarında İnterpolun qırmızı bülleteni, yaşıl bülleteni və yayılma mesajı (təcili tutulma mesajı) ilə 12 ölkə tərəfindən axtarışda olan 23 şübhəli ələ keçirilib. Türkiyə polisi tərəfindən Ankara, Antalya, Bursa, İstanbul, İzmir və Vanda təşkil edilən əməliyyatlar zamanı, Almaniya, Belçika, Bolqarıstan, Cənubi Koreya, İraq, İran, İsveçrə, Qazaxıstan, Rumıniya, Rusiya, Türkmənistan və İordaniya tərəfindən İnterpolun qırmızı bülleteni, yaşıl bildiriş və yayılma mesajı ilə axtarışda olan 23 şübhəli tutulub",- deyə nazir bildirib.

Mövzuya görə xəbərlər