Səudiyyə Ərəbistanı meqa layihələrində türk şirkətlərini görmək istəyir - Burak Dağlıoğlu

Səudiyyə Ərəbistanı meqa layihələrində türk şirkətlərini görmək istəyir - Burak Dağlıoğlu

Bakı. TurkicWorld:

Səudiyyə Ərəbistanı meqa layihələrində türk şirkətlərini görmək istəyir.

TurkicWorld-un məlumatına görə, bu sözləri Türkiyə Prezident Adminstrasiyasının İnvestisiya İdarəsinin rəhbəri Burak Dağlıoğlu, Türkiyə-Səudiyyə Ərəbistanı İnvestisiya və Biznes Forumunda deyib.

"Geniş müzakirələr oldu. Hansı sahələrdə əməkdaşlıq edilə bilər? Bu, yaşıl transformasiya adına mühüm mövzu idi. Qida təhlükəsizliyi digər mühüm mövzudur. Qida şirkətləri arasında da bəzi əməkdaşlıqlar müzakirə olunur. Bura qarşılıqlı investisiyalar daxildir. Bu sahədə hər iki ölkənin bir-birinə gətirə biləcəyi bəzi faydalar var. İnfrastruktur və tikinti layihələri ən mühüm mövzulardan biridir. Səudiyyə Ərəbistanının burada, xüsusilə 2030-cu il vizyonu çərçivəsində bəzi meqa layihələri var. Onlar mütləq dedilər ki, Türk podratçılar və türk mühəndislik şirkətlərini burada görmək istəyirik. Təxminən deyə bilərik ki, bunlar önə çıxan mövzulardır",- deyə o bildirib.

Aytac Süleymanova

Twitter: a_alieva_