Əminə Ərdoğan BMT İnkişaf Proqramının sədri Ştayneri qəbul edib ​

Əminə Ərdoğan BMT İnkişaf Proqramının sədri Ştayneri qəbul edib
​

Bakı. TurkicWorld:

Türkiyənin birinci xanımı Əminə Ərdoğan, Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının rəhbəri Ahim Ştayneri qəbul edib.

TurkicWorld-un məlumatına görə, Əminə Ərdoğan Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının (UNDP) sədri Ahim Ştayneri ilə görüşüb.

Qeyd edək ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, dünən Dubayda keçirilən Dünya Hökuməti Zirvə toplantısında iştirak edib. Müxtəlif ölkələrdən dövlət və hökumət rəsmilərini, beynəlxalq təşkilatları, özəl sektoru, akademik dairələri, vətəndaş cəmiyyətlərini, beyin mərkəzləri və media nümayəndələrini, iş adamlarını bir araya gətirən sammitdə R.T.Ərdoğan əsas məruzəçi kimi çıxış edib.

Aytac Süleymanova

Twitter: a_alieva_