Bakı. TurkicWorld:
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan 12 ildən sonra bu gün Misirə rəsmi səfər edib.
TurkicWorld-un məlumatına görə, Ərdoğan misirli həmkarı Əbdülfəttah əs-Sisi ilə görüşəcək. Görüşün əsas gündəmi Türkiyə ilə Misir arasında əlaqələrin inkişafı olacaq.
Yüksək səviyyəli ikitərəfli əməkdaşlıq mexanizmlərinin canlandırılması çərçivəsində atılacaq addımlar müzakirə olunacaq. Ticarət, müdafiə, enerji və turizm kimi müxtəlif sahələrdəki imkanlar qiymətləndiriləcək.
Həm Türkiyə, həm də Misir İsrailin Fələstinə hücumlarına son qoymaq üçün diplomatik səylərini davam etdirir. Bununla bağlı atılacaq addımlar da prezident Ərdoğanın Misirə səfəri zamanı dəyərləndiriləcək.
Türkiyə oktyabrın 7-dən Fələstinə verdiyi yardımı Misir vasitəsilə Qəzzaya çatdırır. Bu çərçivədə Ərdoğanın Misirə səfəri zamanı Fələstinə daimi atəşkəs və humanitar yardım səylərinin müzakirə ediləcəyi gözlənilir.
Aytac Süleymanova
Twitter: a_alieva_