Bakı. TurkicWorld:
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, BƏƏ-də investisiya şirkətlərinin nümayəndələri ilə görüşüb.
TurkicWorld-un məlumatına görə, Ərdoğan, Dubayda beynəlxalq investisiya şirkətlərinin nümayəndələri ilə görüşündə Türkiyənin Birləşmiş Ərəb Əmirlikləri ilə ticarət həcminin 20 milyard dollar səviyyəsini keçdiyini, bunun 50 milyard dollar səviyyəsinə yüksəldilməsinin hədəfləndiyini bildirib.
Şirkətləri Türkiyəyə sərmayə qoymağa dəvət edən prezident Ərdoğan, hazırda Türkiyədə Birləşmiş Ərəb Əmirlikləri kapitallı 600-ə yaxın şirkətin fəaliyyət göstərdiyini bildirib.
Qeyd edək ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, bu gün Dubayda keçirilən Dünya Hökuməti Zirvə toplantısında iştirak edib. Müxtəlif ölkələrdən dövlət və hökumət rəsmilərini, beynəlxalq təşkilatları, özəl sektoru, akademik dairələri, vətəndaş cəmiyyətlərini, beyin mərkəzləri və media nümayəndələrini, iş adamlarını bir araya gətirən sammitdə R.T.Ərdoğan əsas məruzəçi kimi çıxış edib.
Aytac Süleymanova
Twitter: a_alieva_