Bakı. TurkicWorld:
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, Liviya Milli Birlik Hökumətinin Baş naziri Əbdülhəmid Dibeybe ilə görüşüb.
TurkicWorld-un məlumatına görə, Ərdoğan, Dibeybeni fəxri qonaq qismində qatıldığı “Gələcəyin Hökumətlərini Formalaşdırmaq” mövzusunda keçirilən Dünya Hökumət Zirvəsi çərçivəsində ikitərəfli təmasları çərçivəsində qəbul edib.
Qəbul, mətbuata qapalı keçirilib.
Qeyd edək ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, bu gün Dubayda keçirilən Dünya Hökuməti Zirvə toplantısında iştirak edib. Müxtəlif ölkələrdən dövlət və hökumət rəsmilərini, beynəlxalq təşkilatları, özəl sektoru, akademik dairələri, vətəndaş cəmiyyətlərini, beyin mərkəzləri və media nümayəndələrini, iş adamlarını bir araya gətirən sammitdə R.T.Ərdoğan əsas məruzəçi kimi çıxış edib.
Aytac Süleymanova
Twitter: a_alieva_